Tarixdə bugün


Məlumat lenti
Ozon qazı və onun əhəmiyyəti
Dərc edilib: 01:08:10 08/06/2016


Dünyanın yeddi möcüzəsi
Dərc edilib: 18:34:35 30/06/2014

İntellekt əmsalı
Dərc edilib: 07:29:55 20/06/2014

Saytımızın bölmə sayları dayanmadan artır
Dərc edilib: 01:06:07 18/06/2014





Son müzakirələr


Xoşbəxtlik!


Dərc edilib: 01:41:10 20/12/2014

Sevginin ömrü nə qədərdir?


Dərc edilib: 08:25:08 10/08/2014



Baş səhifə

Şüuraltı nədir?

Həyatımızı şüurlu zehnimizdən çox şüuraltı zehnimiz idarə edir. Belə ki, şüuraltımızda nəyə inanırıqsa və nədən qorxuruqsa həyatımıza da onu cəzb edirik. Aparılan tədqiqatlar şüuraltı zehnin şüurlu zehindən 30000 dəfə güclü olduğu həqiqətini üzə çıxarmışdır. Zehnimiz 10% şüur və 90% şüuraltından təşkil olunub. Bu baxımdan şüuraltına aysberqin su altındakı hissəsi kimi baxmaq olar. Onun bir çox funksiyaları vardır.
Şüuraltı xatirələrimizi özündə saxlayır. Belə ki, 1957-ci ildəki Penfield tədqiqatına görə baş verən hər şey sadiq bir şəkildə hafizəmizə yazılır. Həmin ildə bir qadının beynində bir elektrodla təcrübə apardılar və qadın çox kiçik olanda keçirilən ad günü qonaqlığı ilə bağlı hər şeyi xatırladı. Paltarının dərisinə toxunuşunu, ad günü tortunun dadını və qoxusunu, anasının və dostlarının necə baxdıqlarını və digər şeyləri sanki oradaymış kimi xatırladı. Bunun nəticəsində neyrofiziklər 1957-ci ildə bizə olan hər şeyin bütün detalları ilə beynimizə yazıldığı həqiqətini qəbul etdilər. 1960-cı ildə Carl Pribram beyindəki yadda saxlama sahəsini bütün vücuda yayan nəzəriyyəsi ilə xatirələrin sinir sistemində haloqrafik bir şəkildə saxlanıldığını söyləməklə Nobel mükafatını qazandı.
Şüuraltı xatirələrimizi tənzimləyir, duyğuların mərkəzidir, anlaşılmaz neqativ duyğularla bağlı xatirələri “basdırır”. Duyğuları azad etmək üçün “basdırılmış xatirələri” təqdim edir. Bədəni idarə edir, bədəni qoruyur, şüurdan gələn əmrləri icra edir. Bütün duyğuları idarə edir və mühafizə edir, enerjini sintez edir, saxlayır, bölüşdürür, ötürür. İnstikt və vərdişlərə reaksiya verir. Şüuraltı ən az səy göstərmə prinsipi ilə işləyir. Başqalarına qarşı düşüncələrinizi özünüzə yönəldir. İnkari olanları yerinə yetirə bilimir. Şüuraltı simvolikdir. Simvolları yaradır, istifadə edir və onlara reaksiya verir.
Şüuraltı avtomatik davranışlarımızı idarə edir. Məsələn, maşın sürmək, velosipedə minmək, yazı yazmağı.
Şüraltı bizi məqsədə yönləndirir.
Şüuraltı və şüuru daha yaxşı başa düşmək üçün bir nümumə göstərək. Məsələn, kompüter nümunəsi; Kompüterin aparat təminatı dediyimiz hissəsi, xüsusən, sərt disk yaddaşı şüuraltı, kompüterə yüklənmiş əməliyyat sistemi və proqramlar isə şüurun özüdür. Bu proqramlar arasında lazımlı proqramlar olduğu kimi, virus və troyanlar kimi zərərli proqramlar da ola bilər. Şüuraltı kompüterin yaddaşı kimi hər növ informasiyanı yadda saxlayır, amma bu informasiyaların neçə istifadə olunacağı kompüterdə olan əməliyyat sistemindən asılıdır.
Kompüterdə istənilən növ informasiyaya müraciət edə bilərsiniz, amma hansına müraciət edəcəyiniz sizin seçiminizdir. Kompüter sadəcə sizin verdiyiniz əmrləri icra edir,. Kompüterinizin yaddaşı çox güclü ola bilər, prosessoru çoix sürətli ola bilər. Lakin əgər kompüterdə viruslar və ya troyanlar kimi zərərli proqramlar varsa, bu yaddaş və prosessor sürətindən tam olaraq istifadə edə bilməzsiniz.
Məsələn, kompüterə yoluxmuş troyanlar ucbatından internetə girdikdə sizin istəmədiyiniz səhifələr açıla bilər. Bu virus və troyanlar doğulduğumuz andan etibarən şüurumuza yerləşən ön mühakimələrə, pis düşüncələrə, yanlış inanclara və ya fobiuyalara bənzədilə bilər. Belə ki, uşaqlığından etibarən varlı olmağın pis bir şey olduğu, varlıların sadəcə haram pul qazanaraq varlı olduqları kimi yanlış bir inanca sahib bir insan varlı olmaq istəsə belə məqsədinə çata bilməz, çünki şüur proqramına yerləşmiş bu yanlış inanc “virusu” şüuralı tərəfindən qəbul edilmiş və varlanmağa yönəlmiş fürsətlər şüuraltı tərəfindən görülməz.
Məsələn, xarici amillərin təsirilə bacarıqsız və qabiliyyətsiz bir insan olduğuna inandırılmış bir şüur şüuraltına təsir edər və şüuraltı hər vəziyyətdə buna uyğun hərəkət edər. Çünki şüuraltı necə bacarıqsız olduğuna dair hər cür məlumata sahibdir.
Şüuraltı necə işləyir?
Şüuraltı şüurun əmrindədir.
Şüuraltı şüurun hər “dediyini” yerinə yetirir. Uşaq kimidir, güclü potensialı vardır, amma safdır. Şüurun hər “söylədiyinə” inanır. Məsələn, bir insan sarımsağın ürəyini bulandırdığına ianmış olsa, şüuraltı ona hər yerdə sarımsağı tapacaqdır, içində sarımsaq olduğunu heç kimin hiss etmədiyi yeməklərdə belə o, sarıçmsağı dərhal hiss edəcəkdir. Hətta, sarımsaq qoxusunu belə alacaq və şüura xəbər verəcəkdir.
Şüuraltı 24 saat fəaliyyətdədir, şüuraltı yatmır, şüuraltı gecə şüur yuxuda olanda da işləməyə davam edir, şüuraltı bədənin bütün fəaliyyətini idarə edir və nizamlayır.
Şüur nəyə inanarsa şüuraltı ona fokuslanır.
Məsələn, məşhur bir amerikan basketbolçu heç bir atışını ilk öncə beynində topu səbətə atdığını canlandırmadan yerinə yetirmədiyini deyir. Hər hansı bir sahədə ən yaxşı olmaq üçün, yerinə yetirəcəyiniz fəaliyyəti ilk öncə beyninizdə canlandırmağın vacib olduğunu söyləyirlər.
Birdən qırağa ataram qorxusu
Hamımızın başına gəlib. Topla oynanılan hər hansı bir oyunda birdən qırağa ataram qorxusunun nəticəsi mütləq qırağa atmaqdır. Çünki bu qorxu ilə bərabər beynimizdə canlanan rəsmi şüuraltı hədəf olaraq qəbul edir və hədəfə doğru hərəkət edir.
Qorxularımız beynimizə “yazılmış” troyan və ya virus proqramlarıdır.
Biz qorxularımızla dünyaya gəlməmişik. Yeni doğulmuş uşaqların hər hansı bir şeydən qorxduğunu və ya utandığını görmüsünüz? Qorxu və utanma kimi duyğular daha sonra öyrəndiyimiz şeylərdir. Bu səbəbdən utanılan şeylər mədəniyyətdən-mədəniyyətə dəyişir.
İngilis dilində “self sabotage” deyə bir termin var, yəni özünə təxribat. Bir çox insanlar gündəlik həyatda özünü başqalarına və ya özünə izah edərkən istifadə etdiyi bəzi sifətlər bir növ özünə təxribatdır. Onlardan bəzilər –
mən bacarıqsızın biriyəm, riyaziyyatım zəifdir, gözlərin yaxşı deyil, yaddaşım güclü deyil, adları yadımda saxlaya bilmirəm, məndən heç nə olmaz, özümü ələ ala bilmirəm, çox əsəbiyəm, qorxuram və bunlar kimi daha neçələri. Vəziyyət həqiqətən bu cümlələrdə göstərildiyi kimi olsa belə, əksini söyləsək nə dəyişəcək?
Öz-özünüzə yoxlayın. “Özümü çox pis hiss edirəm” deyin və bədəninizin aldığı şəklə diqqət edin; boynunuz bir az önə doğru əyiləcək, döş qəfəsiniz içəri çəkiləcək, bəlkə qarın boşluğunuzda yüngül bulantılar hiss edəcəksiniz, çünki şüuraltı ismarıcınızı alıb və əmri icra edir.
Bir də tərsini yoxlayın, öz-özünüzə əla olduğunuzu, çox sağlam olduğunuzu və özünüzü əla hiss etdiyinizi söyləyin. Bədəniniz tam əksinə bir hal alacaq; boynunuz dikləşəcək, döş qəfəsiniz genişlənəcək və üzünüzə gözəl bir ifadə yayılacaq.

Gözəl xəbər – Şüuraltınıza yerləşmiş viruslar üçün də antivirus proqramları var.
Şüuraltımızı yenidən proqramlaşdıra bilərik. Üstəlik, bunun üçün Freudun tətbiq etdiyi psixoanaliz üsulu kimi uzun müddət tələb edən müalicə üsullarına ehtiyac yoxdur. Problemi bilməyiniz və problemə qarşı müsbət təlqinlər yaradıb şüuraltına yerləşməyini təmin etməyiniz kifayətdir.
Şüuraltı təlqinləri ilə bunu etmək mümkündür. Şüuraltınızı istədiyiniz kimi proqramlaşdıra bilər, məqsədlərinizə daha sürətlə nail ola bilər, istədiklərinizi daha tez əldə edə bilərsiniz.
Etməli olduğunuz sadəcəşüuraltı təlqinlərini dinləməkdir.
Şüuraltı təlqinləri nədir?
Şüuraltı şüurun duymadıqlarını duyur, görmədiklərini görür. Şüuraltı təlqinlərində məqsəd şüur səddini aşmaq və tənqidi şüuru keçib birbaşa şüuraltına çatmaqdır. Beləliklə, təklif və ya təlqin şüurun qiymətləndirməısindən qurtulacaq, şüuraltı tərəfindən birbaşa qəbul ediləcəkdir.
Şüuraltı təlqinlərində şüuru aşmaq üçün 4 texnika istifadə edilmişdir. Təlqinlər fonda çalınan bir səsin üzərinə yazılmışdır. Şüur fon səsini eşidə bilir amma təlqinlərin səsini eşidə bilməz. Fon səsi binoral səsdir.
1) Bu texnikada sadəcə şüuraltının duya biləcəyi təlqinlər binoral səsin altına yazılmışdır
2) Bu texnikada eyni təlqinlər tərsinə oxunmuşdur. Şüuraltı dünyanın ən mükəmməl kompüterindən daha güclü bir kompüterdir. Tərsinə oxunan sözləri dərhal anlaya bilir, amma şüur bunu anlaya bilməz. Bu texnika ilə şüur 2 dəfə keçilmiş olur.
3) Bu texnikada eyni anda fərqli təlqinlər fərqli qulaqlara göndərilir, beləliklə, şüur nə söylənildiyini anlamaz. Buna qarışdırma texnikası deyilir.
4) Bu texnikada isə təlqinlər sürətləndirilmişdir. Normal danışma sürətindən çox sürətli bir şəkildə yazılan təlqinlər şüur tərəfindən yenə anlaşılmır və şüuraltına daxil olur.
Fonda eşidilən səs nədir?
Fonda eşidilən səs binoral səsdir. Beyni istənilən dalğa uzunluğuna çatdırmaq üçün istifadə edilir.
Beynimiz 4 dalğa uzunluğunda işləyir.
1) Alfa (8-12 Hz) – yüngül trans, super oyrənmə, müsbət düşüncə
2) Beta (13-25 Hz) – normal şüur halı, stres, narahatlıq
3) Delta (1-3 Hz) – dərin yuxu, aydın yuxular
4) Teta (4-7 Hz) – dərin trans, meditasiya, fokuslanma, güclü hafizə
Səs dalğaları vasitəsilə beyni istənilən dalğa uzunluğuna çatdırmaq mümkündür. Musiqi minlərlə il əvvəldən bəri bir çox xəstəliyin müalicəsində istifadə olunur. İslam mədəniyyətlərində ruhi xəstələr musiqi ilə müalicə olunurdu. Musiqinin beyin üzərindəki təsiri dəqiqdir. Aparılan tədqiqatlar bunu sübut etmişdir. Məsələn, klassik musiqinin IQ-nü bir neçə xal artırdığı təcrübələrlə təsdiq olunmuşdur.
Musiqinin insan beyni və davranışları üzərindəki təsirini gündəlik həyatımızdan bir neçə nümunə ilə sübut edə bilərik. Məsələn, oyun havalarına qulaq asan insan istər-istəməz hərəkətlənir, əhvalı yüksəlir, arabesk musiqiyə qulaq asan birdən depressiv bir ruh halına düşür, “mehter marşları”nı dinləyənlər coşur. Kino və reklam sənayesində də musiqinin gücü istifadə edilir. Məsələn, qorxu filmlərində dəhşət səhnələrində birdən həyəcan səviyyəsini yüksəltəcək musiqilər istifadə edilir.
Həqiqət budur ki, beynimiz musiqi ritminə uyğunluq göstərir və dalğa uzunluğunu musiqinin ritminə görə tənzimləyir.
O halda, yenə səs dalğaları ilə beyin yuxarıdakı dalğa uzunluqlarından birinə gətirilə bilər. Lakin insan qulağı 16 Hz ilə 20 000 Hz arasındakı səsləri eşidə bilir. Alfa, delta və teta dalğaları bizim istədiyimiz dalğa uzunluqlarıdır, amma tezlikəri 16 Hz-dən aşağıdır. Bu məqamda binoral səs yazıları dövrəyə qoşulur. 1839-cu ildə Alman tədqiqatçı Dove oxşar dalğalarda 2 ahəngli səsin beyində 3-cü bir səs olduğunu kəşf etdi. Məhz buna binoral səs deyirlər.
Məsələn, sağ qulağa 400 Hz-lik bir səs, sol qulağa 408 Hz-lik bir səs dinlətsək, 3-cü bir səs, yəni 8 Hz-lik bir səs əldə etmiş olarıq. Bu səs Alfa dalğa uzunluğuna uyğun gəlir. Beləliklə, beyni Alfa dalğa uzunluğuna keçirə bilərik.
Şüuraltı təlqin yazılarında fon səsi binoral səsdir. Yazıların müəyyən bir müddəti binoral səsdir, beləliklə beyin təlqinləri daha tez qəbul edəcəyi trans səviyyəsinə keçir, təlqinlər bu səviyyəyə çatdıqdan sonra başlayır.
Arxa fondakı binoral səslər vertolyot səsinə bənzər müxtəlif səslər ola bilər. Şiddəti bir o qədər yüksək deyil. İlk başda narahatlıq verə bilər, amma bir az gözlədikdən sonra alışarsınız və rahatlaşdığınızı hiss edərsiniz.
Binoral səslər müxtəlif məqsədlərlə istifadə edilə bilər. Qabiliyyətləri inkişaf etdirmək, yuxusuzluq problemini həll etmək, qorxularınızı yox etmək, yaddaşınızı gücləndirmək, imtahanlara daha yaxşı hazırlaşmaq bunlardan sadəcə bir neçəsidir.
Şüuraltı təlqinləri nə qədər təsirlidir?
Şüuraltı təlqinlərinin təsiri dəqiqdir. Əgər müntəzəm və qaydalara uyğun bir şəkildə istifadə edilərsə, mütləq faydası olur. Gələcəyin beyin texnologiyası olaraq qəbul edilən şüuraltı təlqinləri dünyada bir çox insan tərəfindən istifadə edilir. Şəxsi inkişaf mütəxəssisləri tərəfindən də işlədilir və tövsiyyə edilir. Metod hipnoz qədər təsirlidir və hər hansı bir səy tələb etmir.
Pis xəbər – bu təlqinlərdən hər zaman insanların xeyrinə istifadə olunmur.
Məsələn, 1922-ci il, İngiltərə. Burada indi BBC adlanan yeni radio yayımlanmağa başlayır. Ancaq əhali bu radionu qəbul etmir. Onu hətta "şeytanın səsi" adlandırırlar. Rəhbərlik çox fikirləşir və sonda bir sınaq keçirmək qərarına gəlir. Onlar radioda xəbərlər gedən müddətdə arxa fonda çox aşağı səslə radionun, əslində, çox yaxşı olduğunu və insanlara xeyir verdiyini dinləyicilərə aşılayırlar. Bundan sonra radionun dinləyicilərinin sayı günü-gündən artmağa başlayır. Başqa bir misal isə dövrümüzə aiddir. Belə ki, Amerika ordusu İraqa daxil olduqdan sonra yerli əhalinin çox ciddi təzyiqi ilə qarşılaşmışdı. Bu vaxt yerli əhalinin Amerika ordusuna olan müqavimətini azaltmaq üçün səslə ötürülən subliminal mesajdan istifadə edirlər. Radioda oxunan azanın fonunda insanlara «müqavimət göstərmək əbəsdir, təslim olmaq lazımdır» kimi mesajlar verilir. Nəticədə mülki əhalinin işğalçı orduya müqavimətini bir qədər azaltmağa nail olurlar. Bu cür üsullardan təkcə siyasi yox, başqa məqsədlər üçün də istifadə edilir. Məsələn, bəlkə də, bir çoxlarınız böyük supermarketlərdə səsləndirilən mahnıların fonunda insanları daha çox pul xərcləyib, daha çox bazarlıq etməyə sövq edən mesajların verildiyini bilmir. Bura radioda çalınan mahnılar da daxildir.
1957-ci il, Amerika Birləşmiş Ştatları. Reklam meneceri Ceyms Vikari kinoteatrlardan birində «Piknik» filminin nümayişi zamanı keçirdiyi bir testin özünü doğrultduğunu açıqladı. Belə ki, o, kola və popkorn satışını artırmaq üçün istifadə etdiyi sınağın uğurlu alındığını qeyd edirdi. Bəs Ceyms Vikari nə etmişdi ki, birdən-birə filmi izləyən insanlar, filmdən çıxdıqdan sonra bir nəfər kimi kola və popkorn almağa yollandılar? O, kinoteatrda göstərilən filmin kadrları arasına yeni birini – 25-cini əlavə etmişdi. Bu kadrda isə tamaşaçılara tez-tez “Kola iç, popkorn ye” sözləri göstərilirdi. Bu təzyiqə çox dözməyən tamaşaçıların böyük əksəriyyəti film bitdikdən sonra onlara “tapşırılanı” yerinə yetirdilər. Artıq həmin kinoteatrda satılan kolanın sayı 18 faiz, popkorn isə 57 faiz artmışdı.
Təsirin mexanizmi insan beyninin unikal bir xüsusiyyəti ilə əlaqədardır. Belə ki, kinomotoqrafiyanın yarandığı ilk gündən insanın yalnız 25 kadr/san. sürəti ilə verilən kino lentlərini normal qavrayıb, digər sürətləri ekranda zolaqlar axını şəklində müşahidə etdiyi məlum olub (Bugünkü gündə bu sürətin fərqli canlılar üçün bir-birindən fərqləndiyi müəyyənləşdirilib, məs., arılar üçün bu sürət saniyədə 300, tarakanlar üçünsə – 12 kadra bərabərdir). İyirmibeşdəbir saniyə müddətində görünüb yox olan bu kadr, ifrat qısamüddətliliyi səbəbindən diqqəti cəlb edə bilməyib, filmin süjetinin təhlili ilə məşğul olan şüurun reaksiyasını doğura bilməsə də (çünki «diqqəti» filmin süjeti ilə məşğul olan şüurun bu aralıq informasiyanı dərk etmək üçün ona köklənməyə praktik olaraq macalı olmur), əslində ondan gələn siqnallar hiss reseptorlarına, göz analizatorlarına düşüb onları cüzi də olsa qıcıqlandırdığından, həmin bu mikroproseslər izsiz də itib getmir və periferik sinir impulsları şəklində şüur senzorunu dəf edərək birbaşa təhtəlşüur sferasına düşür (Özlüyündə bu impulslar ani şüur gərginliyinin nəticəsi olduğundan, nisbətən daha böyük amplitudaya malik olmuş olur və faktik olaraq, informasiya solitonu məzmunu kəsb edir). «25-ci kadr effekti» metodunda əsas informasiya arasına bu cür əlavə siqnallar dövri olaraq yerləşdirildiyindən, ümumilikdə bütün bunlar beyinə soliton rezonansları şəklində periferik informasiya axınını təmin etmiş olur. Məlum olduğu kimi isə təhtəlşüur ona daxil olan istənilən informasiyanı ağına-bozuna baxmadan icra etmək üçün müvafiq orqanlara göndərir, çünki beyinin mexanizmi elə qurulub ki, təhtəlşüura adi vaxta yalnız şüurun analiz edib, ‘‘müsbət rəy’’ verdiyi informasiyalar düşə bilir.

Mənbə:
www.izafet.net
www.nilgunaktas.com
www.az.wikipedia.org
www.kayzen.az
www.ayseduman.com


Dərc edilib: 23:21:55 05/07/2014








İstifadəçi girişi


İstifadəçi adı:
Parol:

Əgər üzv deyilsinizsə, qeydiyyatdan keçin
Parolu unutmusunuzsa, bərpa edin


Facebook-da biz

Layihələrimiz
Access to Success
Access to Success - magistraturaya hazırlıq
Access to Success - Kimya dərsliyi
Access to Success - İnformatika dərsliyi
Access to Success - online testlər
Access to Success - Məqalələr

Bütün hüquqları qorunur © Rəşad Həsənov 2011-2019