Tarixdə bugün


Məlumat lenti
Ozon qazı və onun əhəmiyyəti
Dərc edilib: 21:08:10 07/06/2016

Şüuraltı nədir?
Dərc edilib: 18:21:55 05/07/2014

Dünyanın yeddi möcüzəsi
Dərc edilib: 13:34:35 30/06/2014

İntellekt əmsalı
Dərc edilib: 02:29:55 20/06/2014

Saytımızın bölmə sayları dayanmadan artır
Dərc edilib: 20:06:07 17/06/2014





Son müzakirələr


Xoşbəxtlik!


Dərc edilib: 21:41:10 19/12/2014

Sevginin ömrü nə qədərdir?


Dərc edilib: 03:25:08 10/08/2014



Baş səhifə

Azərbaycan Respublikası Ali Təhsil Müəssisələrinin Magistraturalarına qəbul imtahanlarının qısa tarixçəsi

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ölkəmizin bütün ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə, o cümlədən magistratura pilləsinə qəbulun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi səlahiyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilmişdir.
Qəbul qaydalarında göstərilirdi ki, 2005/2006-cı tədris ili üçün magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrın test üsulu ilə məntiqi təfəkkürü, ixtisas istiqaməti üzrə baza bilikləri və xarici dili bilmə səviyyəsi yoxlanılır. İkinci mərhələdə isə bakalavrlar ixtisas istiqaməti üzrə yazılı imtahan verirlər.
Test imtahanında bakalavrlara məntiqi təfəkkürün yoxlanması üzrə 50, ixtisas istiqamətinin baza fənnləri üzrə 30, dil fənnləri üzrə 20 test tapşırığı (ümumilikdə 100 test) təqdim olunur.
Test imtahanında hər düzgün cavab bir balla qiymətləndirilir.
İxtisas istiqaməti üzrə yazılı imtahanda nəticələr 10 ballı sistemlə qiymətləndirilir.
Test imtahanında sualların cavablandırılmasına 2 saat, ixtisas üzrə yazılı imtahanda isə 1,5 saat vaxt ayrılır.
İxtisas üzrə yazılı imtahana test imtahanından topladığı ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılırlar. Bu zaman bakalavrın məntiqi təfəkkürü yoxlayan testlərdən və xarici dil testlərindən birlikdə balı 28-dən, ixtisas istiqaməti üzrə baza biliklərini yoxlayan testlərdən isə balı 18-dən az olmamalıdır.
Müsabiqəyə ixtisas üzrə yazılı imtahandan topladığı balı 5-dən az olmayan bakalavrlar buraxılırlar.
2005/2006-cı tədris ili üçün ali məktəblərin magistraturasına ümumilikdə 6105 plan yeri ayrılmışdır. Bu yerlərdən 5262-si dövlət ali məktəblərinin payına düşürdü.
Bakalavrlara müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsil formasi ödənişli və ya ödənişsiz olan 5-dək ixtisas kodunu seçmək imkanı verilmişdi.
Ali məktəblərin magistraturasına 10420 bakalavr ərizə vermişdi. Sənəd verən bakalavrların 5051 nəfəri oğlanlar, 5369 nəfəri isə qızlar olmuşdur. Onlardan 7009 nəfəri cari ilin məzunlarıdır.
İyulun 2-də keçirilən imtahanda 10198 nəfər bakalavr iştirak etdi və onlardan 4370 nəfər 2-ci mərhələyə vəsiqə qazandı.
Məzunları birinci mərhələdə iştirak etmiş ali məktəblər içərisində ən yüksək göstəricini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları göstərmişlər. Onların topladıqları balların orta qiyməti 58,58-ə bərabər olmuşdur (176 nəfər).

2006/2007-ci tədris ili üçün magistraturaya qəbul imtahanları bir mərhələdə keçirilib. Təqdim olunan sualların sayı, fənn blokları, imtahan müddəti və qiymətləndirmə forması əvvəlki ildə olduğu kimi saxlanılıb. İxtisaslar üzrə müsabiqəyə ümumi balı 50-dən, ixtisas fənni üzrə balı isə 10-dan az olmayan bakalavrlar buraxılıb.
2006/2007-ci tədris ili üçün ali məktəblərin magistraturasına ümumilikdə 4360 plan yeri ayrılmışdır, qəbul planının 3852-si dövlət ali məktəblərinin payına düşmüşdür.
Ali məktəblərin magistraturasına 10795 bakalavr ərizə verib. Sənəd verənlərin 4705 nəfəri oğlanlar, 6090 nəfəri isə qızlar olmuşdur. Onlardan 4926 nəfəri cari ilin məzunlarıdır.
23 iyulda keçirilən imtahanda 10344 bakalavr iştirak edib. Nəticələrə əsasən, 2761 nəfər magistraturaya qəbul olub.
İmtahanda maksimal bal 98 olmuşdur.
Ali məktəblər içərisində ən yüksək göstəricini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları göstərmişlər. Onların topladıqları balların orta qiyməti 55,6-ya bərabər olmuşdur (176 nəfər).

2007/2008-ci tədris ilində ilk dəfə olaraq magistratura təhsil pilləsinə sənədlərin qəbulu internet vasitəsi ilə aparılıb. Qəbul qaydaları dəyişməsə də imtahan müddəti 2,5 saat olub.
2007/2008-ci tədris ili üçün ali məktəblərin magistraturasına ümumilikdə 4520 plan yeri ayrılmışdır, qəbul planının 4113-ü dövlət ali məktəblərinin payına düşmüşdür.
Ali məktəblərin magistraturasına 12478 bakalavr ərizə verib. Sənəd verənlərin 6332 nəfəri oğlanlar, 6146 nəfəri isə qızlar olmuşdur. Onlardan 7009 nəfəri cari ilin məzunlarıdır.
İyunun 30-da keçirilən imtahanda 12108 bakalavr iştirak edib. Nəticələrə əsasən birinci mərhələdə 3351 nəfər magistraturaya qəbul olub.
İmtahanda maksimal bal 96 olmuşdur.
Ali məktəblər içərisində ən yüksək göstəricini “Qafqaz” Universitetinin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları göstərmişlər. Onların topladıqları balların orta qiyməti müvafiq olaraq 62,5 və 62,4-ə bərabər olmuşdur (say göstəriciləri 118 nəfər 222 nəfər).

2008/2009-cu tədris ili üçün ali məktəblərin magistraturasına ümumilikdə 4859 plan yeri ayrılmışdır, qəbul planının 4337-si dövlət ali məktəblərinin payına düşmüşdür.
Ali məktəblərin magistraturasına 15119 bakalavr ərizə verib. Sənəd verənlərin 7605 nəfəri oğlanlar, 7514 nəfəri isə qızlar olmuşdur. Onlardan 9159 nəfəri cari ilin məzunlarıdır.
İyunun 22-də keçirilən imtahanda 14864 bakalavr iştirak edib. Nəticələrə əsasən birinci mərhələdə 3132 nəfər magistraturaya qəbul olub.
İmtahanda maksimal bal 92 olmuşdur.
Ali məktəblər içərisində ən yüksək göstəricini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları göstərmişlər. Onların topladıqları balların orta qiyməti müvafiq olaraq 55,8-ə bərabər olmuşdur (244 nəfər).

2009/2010-cu tədris ili üçün ali məktəblərin magistraturasına qəbul imtahanları iki mərhələdə keçirilib. Birinci mərhələrə test üsulu ilə bakalavrın məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyəsi yoxlanılıb. İkinci mərhələdə isə onların ixtisas üzrə bilikləri yoxlanılıb.
Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunub. İmtahan suallarının cavablandırılmasına 2,5 saat vaxt ayrılıb. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilib.
Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testlərdən topladığı bal 20-dən, informatika üzrə testlərdən topladığı balı 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı balı 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılıblar.
Bakalavrların eyni qəbul proqramı çərçivəsində müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan 10-dək ixtisas kodunu seçmək imkanı olub.
2009/2010-cu tədris ili üçün ali məktəblərin magistraturasına ümumilikdə 5168 plan yeri ayrılmışdır, qəbul planının 4626-sı dövlət ali məktəblərinin payına düşmüşdür.
Ali məktəblərin magistraturasına 15179 bakalavr ərizə verib. Sənəd verənlərin 7703 nəfəri oğlanlar, 7476 nəfəri isə qızlar olmuşdur. Onlardan 9992 nəfəri cari ilin məzunlarıdır.
Mayın 3-də keçirilən imtahanda 14711 bakalavr iştirak edib. Nəticələrə əsasən, ikinci mərhələdə iştirak etmək hüququnu 6385 bakalavr qazanıb.
İmtahanda maksimal bal 98 olmuşdur.
Ali məktəblər içərisində ən yüksək göstəricini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları göstərmişlər. Onların topladıqları balların orta qiyməti müvafiq olaraq 65,4-ə bərabər olmuşdur (247 nəfər). Ayrı-ayrı fənlər üzrə orta göstəricilər belə olmuşdur: məntiq üzrə - 30,8; informatika üzrə - 16,2; xarici dil üzrə - 18,3.
Bakalavrların 27,51%-i 60, o cümlədən 12,3%-i 70, 3,61%-i 80, 0,31 %-i isə 90 baldan yuxarı nəticə göstərmişdirlər.

2010/2011-ci tədris ili üçün ali məktəblərin magistraturasına qəbul imtahanları da iki mərhələdə keçirilib.
Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşma seçiminə qəbul imtahanından iki mərhələ üzrə topladıqları ümumi balı 75-dən, o cümlədən ixtisas üzrə testdən topladıqları balı 20-dən az olmayan bakalavrlar buraxılıblar.
Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə qəbul imtahanından iki mərhələ üzrə topladıqları ümumi balı 100-dən, o cümlədən ixtisas üzrə testdən topladıqları balı 20-dən az olmayan bakalavrlar buraxılıblar.
İxtisaslaşma seçimində hər bir bakalavrın imtahan verdiyi qəbul proqramı çərçivəsində 20-dək ixtisaslaşma kodunu seçmək imkanı olub.
2010/2011-ci tədris ili üçün ali məktəblərin magistraturasına ümumilikdə 5242 plan yeri ayrılmışdır, qəbul planının 4597-si dövlət ali məktəblərinin payına düşmüşdür.
Ali məktəblərin magistraturasına 15353 bakalavr ərizə verib. Sənəd verənlərin 7502 nəfəri oğlanlar, 7851 nəfəri isə qızlar olmuşdur. Onlardan 9186 nəfəri cari ilin məzunlarıdır.
Bu il qəbul imtahanının I mərhələsi ilk dəfə Gəncədə keçirilib.
Mayın 2-də keçirilən imtahanda 14889 bakalavr iştirak edib. Nəticələrə əsasən, ikinci mərhələdə iştirak etmək hüququnu 6863 bakalavr qazanıb.
İmtahanda maksimal bal 96 olmuşdur.
Ali məktəblər içərisində ən yüksək göstəricini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları göstərmişlər. Onların topladıqları balların orta qiyməti müvafiq olaraq 62,8-ə bərabər olmuşdur (208 nəfər). Ayrı-ayrı fənlər üzrə orta göstəricilər belə olmuşdur: məntiq üzrə - 28,3; informatika üzrə - 15,5; xarici dil üzrə - 19,1.
Bakalavrların 22,37%-i 60, o cümlədən 8,67%-i 70, 2,1%-i 80, 0,11 %-i isə 90 baldan yuxarı nəticə göstərmişdir.

2011/2012-ci tədris ili üçün ali məktəblərin magistraturasına qəbul imtahanları da iki mərhələdə keçirilib.
Müsabiqə şərtləri ötən ilki ilə müqayisədə dəyişdirilmiş və dörd ixtisaslaşma qrupu yaradılmışdır.
İİM və HSM, həmçinin MBA proqramına aid olan ixtisaslaşmalar üçün təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşma seçiminə qəbul imtahanından iki mərhələ üzrə topladıqları ümumi balı 75-dən, o cümlədən ixtisas üzrə testdən topladıqları balı 20-dən az olmayan bakalavrlar buraxılıblar.
Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə qəbul imtahanından iki mərhələ üzrə topladıqları ümumi balı 85-dən, o cümlədən ixtisas üzrə testdən topladıqları balı 25-dən az olmayan bakalavrlar buraxılıblar.
İxtisaslaşma seçimində hər bir bakalavrın imtahan verdiyi qəbul proqramı çərçivəsində 20-dək ixtisaslaşma kodunu seçmək imkanı olub.
2011/2012-ci tədris ili üçün ali məktəblərin magistraturasına ümumilikdə 5815 plan yeri ayrılmışdır, qəbul planının 4997-si dövlət ali məktəblərinin payına düşmüşdür.
Ali məktəblərin magistraturasına 16510 bakalavr ərizə verib. Sənəd verənlərin 8047 nəfəri oğlanlar, 8463 nəfəri isə qızlar olmuşdur. Onlardan 9559 nəfəri cari ilin məzunlarıdır.
Bu il qəbul imtahanının I mərhələsi ilk dəfə Lənkəranda keçirilib.
Fevralın 20-də keçirilən imtahanda 16132 bakalavr iştirak edib. Nəticələrə əsasən, ikinci mərhələdə iştirak etmək hüququnu 8396 bakalavr qazanıb.
İmtahanda maksimal bal 97 olmuşdur.
Ali məktəblər içərisində ən yüksək göstəricini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları göstərmişlər. Onların topladıqları balların orta qiyməti müvafiq olaraq 65-ə bərabər olmuşdur (196 nəfər). Ayrı-ayrı fənlər üzrə orta göstəricilər belə olmuşdur: məntiq üzrə - 31,1; informatika üzrə - 13,9; xarici dil üzrə - 20,0.
Bakalavrların 16,68%-i 60, o cümlədən 5,46%-i 70, 1,07%-i 80, 0,05 %-i isə 90 baldan yuxarı nəticə göstərmişdir.

2012/2013-cü tədris ili üçün ali məktəblərin magistraturasına qəbul imtahanları da iki mərhələdə keçirilib.
Müsabiqə şərtləri ötən ilki ilə müqayisədə dəyişdirilmişdir.
Humanitar və sosial ixtisaslar qrupu üçün təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşma seçiminə qəbul imtahanından iki mərhələ üzrə topladıqları ümumi balı 70-dən, o cümlədən ixtisas üzrə testdən topladıqları balı 20-dən az olmayan bakalavrlar buraxılıblar.
Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə qəbul imtahanından iki mərhələ üzrə topladıqları ümumi balı 75-dən, o cümlədən ixtisas üzrə testdən topladıqları balı 25-dən az olmayan bakalavrlar buraxılıblar.
Fənnlər üzrə minimal tələb, məntiq üzrə - 15, informatika üzrə - 5, xarici dil üzrə - 5 bal olmuşdur.
İxtisaslaşma seçimində hər bir bakalavrın imtahan verdiyi qəbul proqramı çərçivəsində 20-dək ixtisaslaşma kodunu seçmək imkanı olub.
2012/2013-cü tədris ili üçün ali məktəblərin magistraturasına ümumilikdə 6019 plan yeri ayrılmışdır, qəbul planının 5374-ü dövlət ali məktəblərinin payına düşmüşdür.
Ali məktəblərin magistraturasına 18019 bakalavr ərizə verib. Sənəd verənlərin 8459 nəfəri oğlanlar, 9560 nəfəri isə qızlar olmuşdur. Onlardan 10031 nəfəri cari ilin məzunlarıdır.
Martın 4-də keçirilən imtahanda 17546 bakalavr iştirak edib. Nəticələrə əsasən, ikinci mərhələdə iştirak etmək hüququnu 8370 bakalavr qazanıb.
İmtahanda maksimal bal 94 olmuşdur.
Ali məktəblər içərisində ən yüksək göstəricini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları göstərmişlər. Onların topladıqları balların orta qiyməti müvafiq olaraq 62,3-ə bərabər olmuşdur (198 nəfər). Ayrı-ayrı fənlər üzrə orta göstəricilər belə olmuşdur: məntiq üzrə - 28,9; informatika üzrə - 14,0; xarici dil üzrə - 19,4.
Bakalavrların 14,35%-i 60, o cümlədən 4,93%-i 70, 1,01%-i 80, 0,09 %-i isə 90 baldan yuxarı nəticə göstərmişdir.

2013/2014-cü tədris ili üçün ali məktəblərin magistraturasına qəbul imtahanları da iki mərhələdə keçirilib.
Müsabiqə şərtləri ötən ilki ilə eyni olmuşdur.
Fənnlər üzrə minimal tələb də əvvəlki kimi qalmışdır.
İxtisaslaşma seçimində hər bir bakalavrın imtahan verdiyi qəbul proqramı çərçivəsində 20-dək ixtisaslaşma kodunu seçmək imkanı olub.
2013/2014-cü tədris ili üçün ali məktəblərin magistraturasına ümumilikdə 6794 plan yeri ayrılmışdır, qəbul planının 5780-i dövlət ali məktəblərinin payına düşmüşdür.
Ali məktəblərin magistraturasına 21624 bakalavr ərizə verib. Sənəd verənlərin 10154 nəfəri oğlanlar, 11470 nəfəri isə qızlar olmuşdur. Onlardan 11963 nəfəri cari ilin məzunlarıdır.
Martın 3-də keçirilən imtahanda 21078 bakalavr iştirak edib. Nəticələrə əsasən, ikinci mərhələdə iştirak etmək hüququnu 11274 bakalavr qazanıb.
İmtahanda maksimal bal 97 olmuşdur.
Ali məktəblər içərisində ən yüksək göstəricini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları göstərmişlər. Onların topladıqları balların orta qiyməti müvafiq olaraq 66,1-ə bərabər olmuşdur (229 nəfər). Ayrı-ayrı fənlər üzrə orta göstəricilər belə olmuşdur: məntiq üzrə - 32,4; informatika üzrə - 14,8; xarici dil üzrə - 18,8.
Bakalavrların 18,91%-i 60, o cümlədən 6,85%-i 70, 1,28%-i 80, 0,12 %-i isə 90 baldan yuxarı nəticə göstərmişdir.

2014/2015-ci tədris ili üçün ali məktəblərin magistraturasına qəbul imtahanları da iki mərhələdə keçirilib.
Müsabiqə şərtləri ötən ilki ilə eyni olmuşdur.
Fənnlər üzrə minimal tələb də əvvəlki kimi qalmışdır.
İxtisaslaşma seçimində hər bir bakalavrın imtahan verdiyi qəbul proqramı çərçivəsində 20-dək ixtisaslaşma kodunu seçmək imkanı olub.
2014/2015-cü tədris ili üçün ali məktəblərin magistraturasına ümumilikdə 6325 plan yeri ayrılmışdır, qəbul planının 5507-si dövlət ali məktəblərinin payına düşmüşdür.
Ali məktəblərin magistraturasına 24560 bakalavr ərizə verib. Sənəd verənlərin 11553 nəfəri oğlanlar, 13007 nəfəri isə qızlar olmuşdur. Onlardan 12538 nəfəri cari ilin məzunlarıdır.
Martın 2-də keçirilən imtahanda 23047 bakalavr iştirak edib. Nəticələrə əsasən, ikinci mərhələdə iştirak etmək hüququnu 9809 bakalavr qazanıb.
İmtahanda maksimal bal 97 olmuşdur.
Ali məktəblər içərisində ən yüksək göstəricini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları göstərmişlər. Onların topladıqları balların orta qiyməti müvafiq olaraq 62,4-ə bərabər olmuşdur (228 nəfər). Ayrı-ayrı fənlər üzrə orta göstəricilər belə olmuşdur: məntiq üzrə - 29,1; informatika üzrə - 14,7; xarici dil üzrə - 18,5.
Bakalavrların 12,43%-i 60, o cümlədən 3,96%-i 70, 0,66%-i 80, 0,04 %-i isə 90 baldan yuxarı nəticə göstərmişdir.


Dərc edilib: 16:54:39 22/03/2015








İstifadəçi girişi


İstifadəçi adı:
Parol:

Əgər üzv deyilsinizsə, qeydiyyatdan keçin
Parolu unutmusunuzsa, bərpa edin


Facebook-da biz

Layihələrimiz
Access to Success
Access to Success - magistraturaya hazırlıq
Access to Success - Kimya dərsliyi
Access to Success - İnformatika dərsliyi
Access to Success - online testlər
Access to Success - Məqalələr

Bütün hüquqları qorunur © Rəşad Həsənov 2011-2016